AZ

Şirindil Alışanlı haqqında məqalələr və xatirələr toplusu nəşr edilib

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı, 5 may, AZƏRTAC

Ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor, uzun illər AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri olmuş, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü olmuş Şirindil Həsən oğlu Alışanlının vəfatının birinci ildönümü münasibətilə “Dünyada “Şirindil” imzası qaldı...” adlı məqalələr və xatirələr toplusu nəşr edilib.

Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Kitaba AMEA-nın prezidenti akademik İsa Həbibbəyli “Ön söz”, Ədəbiyyat İnstitutunun elmi katibi dosent Aygün Bağırlı isə “Son söz” yazıb. Toplunu Aygün Bağırlı və XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin əməkdaşı Dilarə Adilgil tərtib edib.

Kitabda ədəbi və elmi ictimaiyyətin, Şirindil müəllimi yaxından tanıyanların, doğmalarının, onun xatirəsini uca tutan dostlarının, həmkarlarının, yetirmələrinin xatirələri toplanıb. Xalq yazıçısı Elçin, Milli Məclisin deputatları Elnarə Akimova, Fazil Mustafa, Aqil Abbas, şair Qulu Ağsəs, AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu, filologiya elmlər doktorları Qorxmaz Quliyev, Vaqif Yusifli, Rafiq Yusifoğlu, Sara Osmanlı, Asif Rüstəmli, Vüqar Əhməd, Bədirxan Əhmədli və başqaları Şirindil Alışanlını görkəmli alim, tədqiqatçı və naşir, vətənpərvər ziyalı, həqiqi dost, böyük insan kimi dəyərləndiriblər. Kitabda əks olunan çoxsaylı fotolar alimin AMEA-da işlədiyi 40 ildən artıq dövrü əhatə edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
icma.az

1Mənbələr