AZ

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilən turnirə yekun vurulub - FOTO

UEFA-nın “Hat-Trick” proqramı çərçivəsində AFFA və Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş BDU-nun fakültələri arasında keçirilən futbol turnirinə yekun vurulub.

İdman.biz xəbər verir ki, Bakı Dövlət Universitetinin futbol meydançasında III yer uğrunda keçirilən qarşılaşmada Ekologiya və torpaqşünaslıq fakültəsinin komandası Fizika fakültəsinin komandasını oyunsonrası penaltilər seriyasında məğlub edərək, turnirin bürünc mükafatına yiyələnib.

Final oyununda Beynəlxalq münasibətlər və İqtisadiyyat fakültəsinin komandası Tarix fakültəsinin komandasına 2:0 hesabı ilə qalib gələrək, kuboku başı üzərinə qaldırıb.

Turnirdə qalib komanda AFFA tərəfindən kubokla, ilk 3 yeri tutanlar isə müvafiq medallarla təltif edilib. Həmçinin müxtəlif nominasiyalar üzrə mükafatlar təqdim olunub. Mükafatları və kuboku iştirakçılara AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev və digər rəsmi şəxslər birlikdə təqdim ediblər.

İdman.biz

Məqalədə:
Seçilən
0
idman.biz

1Mənbələr