Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti, Bakı şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə Gənclər və İdman sektorunun birgə təşkilatçılığı və Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşovun tərəfdaşlığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan Bakı Dövlət Universitetinin futbol stadionunda təşkil olunmuş ali və orta ixtisas təhsil müəssisələrinin komandaları arasında silsilə idman yarışlarının mükafatlandırma mərasimi baş tutub.
"Unikal" xəbər verir ki, tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov, YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Naqif Həmzəyev, Bakı şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə Gənclər və İdman sektorunun müdiri İlham Səfərov, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov, YAP Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyətinin və Bakı şəhər Gənclər və İdman İdarəsi Yasamal rayonu üzrə Gənclər və İdman sektorunun əməkdaşları, Yasamal rayonunda yerləşən ali təhsil müəssisələrinin nümayəndələri, idman klublarının rəhbərləri, media nümayəndələri və rayon ictimaiyyəti iştirak edib.
Əvvəlcə minifutbol idman növü üzrə final qarşılaşması baş tutub.
Yarışların bağlanış və mükafatlandırma mərasimində Dövlət Himni səsləndirilib. Sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra I, II və III yerlərə layiq görülmüş komandalar mükafatlandırılıb.