AZ

Tramp Aİ liderlərini biabır etdi – “Putin telefonlarına cavab vermir, mənə yalvarırlar ki…"


ABŞ prezidenti Donald Tramp bildirib ki, Avropa İttifaqı liderləri ondan Rusiya prezidenti Vladimir Putinə zəng etməyi xahiş ediblər. Tramp bu barədə NBC telekanalına müsahibəsində deyib.

Aİ liderlərinin Putinə zəng etmək üçün ona dəfələrlə təzyiq etdiklərini deyən Tramp iddia edib ki, Putin Aİ liderlərinin telefon zənglərinə cavab vermir.

Digər tərəfdən Tramp Ukrayna danışıqlarından çəkilmə ehtimalını da gündəmə gətirib.

"Aİ liderləri dəfələrlə mənə yalvarırdılar ki, "lütfən, Putinlə danışın". Amma görünür ki, Putin onların zənglərinə cavab vermir. Nə vaxtsa mən bu prosesdən çəkilib "siz davam edin" deməyi düşünə bilərəm. Təbii ki, bu arada müsbət irəliləyişlər də var" – deyə Tramp bildirib.

Tramp həmçinin deyib: “Putindən soruşdum ki, son üç ildə Bayden sizə nə vaxtsa zəng edibmi?” O, da “bir dəfə də olsun zəng vurmayıb” dedi”.

Qeyd edək ki, son həftələrdə Vaşinqtonun Ukrayna sülh prosesində vasitəçi roluna yenidən baxa biləcəyinə dair mesajlar verilir.

Xüsusilə Trampın son açıqlamaları ABŞ-ın Ukrayna-Rusiya danışıqları ilə bağlı mövqeyinin dəyişə biləcəyi ilə bağlı spekulyasiyaları artırıb.

Müşahidəçilər Trampın bəyanatlarının həm Aİ-Rusiya münasibətlərindəki gərginliyi, həm də ABŞ-ın Ukrayna ilə bağlı siyasətində mümkün dəyişikliyi əks etdirdiyini bildirir.

TAHİR

Seçilən
0
baki-xeber.com

1Mənbələr