Bakı. Trend:
Bu gün ticarətyönümlü önəmli sənədlər imzalandı. Eyni zamanda,KOBİA-nın Belarusun Əmtəə Birjası ilə imzaladığı sənəd də xüsusiönəm kəsb edir.
Trend xəbərverir ki, bu sözləri bu gün Bakıda keçirilən Azərbaycan-Belarusbiznes-forumu çərçivəsində jurnalistlərə açıqlamasında Azərbaycandaİxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçıdirektoru Yusif Abdullayev deyib.
O bildirib ki, bu birja Belarus dövləti tərəfindən dövlətalımları və digər önəmli alımlar istiqamətində olan yeganə vahidbir platformadır:
"KOBİA vasitəsilə və AZPROMO-nun dəstəyi ilə biz düşünürük ki,şirkətlərimiz Barusda keçirilən tenderlərdə, böyük alımlardaiştirak edə biləcəklər. Bu, praktiki bir addımdır və ikitərəfliticarət əlaqələrinin artımına böyük töhfə verəcək".