AZ

DİQQƏT! Azərbaycanda distant təhsillə bağlı VACİB XƏBƏR 

Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) beynəlxalq standart əsasında "Təhsil və təlim xidmətləri Distant təhsilə dair tələblər" yeni dövlət standartını qəbul edib. Ümumiyyətlə Azərbaycanda distant təhsil sisteminə keçmək mümkündürmü? Bu sistem hazırda ölkəmiz üçün nə dərəcədə əhəmiyyətlidir?


Mövzu ilə bağlı təhsil məsələləri üzrə eksperti Elçin Süleymanov REFERANS-ın suallarını cavablandırıb: 


Elçin Süleymanov qeyd edib ki, distant təhsil təbii ki, təhsil metodlarından biridir və Azərbaycanda, keçmiş sovet respublikalarında tətbiq olunan qiyabi təhsildən daha effektiv bir sistemdir. Çünki burda sadəcə məkan olaraq eyni məkanda təhsil olmur, amma müəllimlər, tələbə aktivliyi və.s müasir texnoloji vasitələrdən istifadə olunaraq aparılan təhsildir. Covid dövründə bir çox təhsil müəssisələri bucür təhsil metodundan istifadə etdi və bununla əlaqəli həm şagirdlərdə həm də müəllimlərdə bacarıqlar formalaşdı.




Ekspert onu da bildirib ki, artıq zaman o qədər inkişaf edir ki, məsafədən təhsil işləyən biri üçün zərurət halına gəlmir. Çünki müəyyən vaxt itkisi nəqliyyatda, ölkələr arası təhsil alma məhdudluğu bucür distant təhsillə keyfiyyətli təhsili daha çevik daha əlçatan etmiş olur. Təbii ki, burada qanunvericilikdə müəyyən dəyişiklik lazımdır ki, distant təhsil Azərbaycanda təhsil metodu kimi qəbul olunsun. Normalda isə bu istifadə olunur hibrid və distant təhsil. Sadəcə hal-hazırda universtetlərin sırf distant təhsillə təhsil verib daha sonra təqdim etdiyi diplomun digər metod və istiqamətlərlə təhsil alanlarla eyni ekvivalentdə sayılması məsələsi var.



Daha sonra həmsöhbətimiz vurğulayıb ki, müxtəlif imtahanlara və dövlət qurumlarına işə qəbulda bunun qəbul edilməsi üçün qanunvericilikdə dəyişiklik olunmalıdır. Hal-hazırda mövcud qanunvericiliyə görə xaricdə alınan distant təhsil diplomuda eyni zamanda ölkədə təqdim olunur. Yəni buna görə distant təhsilin hansı hallarda ölkədəki verilən diplomlarla ekvivalent olunması ilə əlaqədardır. Qanunvericilik təkmilləşdirilməlidir konkret göstərilməlidir ki, zərurət nədir və nə vaxt olur. Bu şəkildə baza formalaşarsa düşünürəm ki, faydalı olar. Həm universtetlər üçün əlavə gəlir imkanı olar həm də reguonlarda yaşayıb paytaxta gəlmək imkanı olmayanlar bu imkandan yararlanar.



"Təhsil insanın inkişafı üçün əhəmiyyətlidir, bunun əyani, distant olması önəmli deyil. Önəmli təhsilin keyfiyyətli olmasıdır. Keyfiyyətli təhsil hansı imkan və şərtlərlə təqdim olunur bu qanunvericilikdədə müəyyənləşdirilməlidir. Düşünürəm ki, AZSTAND təhsil və təlim xidmətində distant təhsil standartlarını qəbul etməsi sevindirici haldır.



Ekspert onu da diqqətə çatdırıb ki, distant təhsildə həm texniki şərtlər olmalıdır həm də müəyyən normativlər olmalıdır. Univürstetlərdə bunu qəbul edə bilər. Yəni məsələn covid dövründədə birçox Avropa ölkəsində distant təhsilnən verilən diplomun qəbulu üçün bu texniki şərtləri qəbul edirlər. Bu həm dərsin keyfiyyəti ilə əlaqəlidir, internetnən qarşı tərəf tələbələrin bu dərsdən istifadəsi üçün istifadə eləyəcəyi texniki avadanlıqlarla əlaqəli tələblər idi. Burada distant təhsildə həm təhsilin verilməsi həm də ölçülməsi ilə əlaqəli müəyyən standartlar olmalıdır. Düşünürəm ki, bu gələcəkdə qəbul olar və universtetlər üçün dəstək olar",- deyə  Elçin Süleymanov əlavə edib.


Ləman Xalıqova

Referans

Seçilən
0
referans.az

1Mənbələr