“Həm Səttar Möhbalıyev, həm də Sahib Məmmədovla işləmək xoş idi. Hər iki şəxsə təşəkkür edirəm”
KONKRET.az xəbər verir ki, bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsindən öz ərizəsi ilə ayrılan Rəşad Nəsirov səsləndirib.
“Konfederasiyada çalışdığım illər mənim üçün çox uğurlu oldu. Burada xeyli təcrübə qazandım. Həm Səttar Möhbalıyev, həm də Sahib Məmmədovla işləmək xoş idi. Hər iki şəxsə təşəkkür edirəm. Eləcə də çalışdığım kollektivə uğurlar arzulayıram”, – əməkdar jurnalist vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az