Mahaçqalada atışma baş verib.
Publika.az xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanları məlumat yayıb.
“Hadisə baş verən ərazidə hüquq-mühafizə orqanları və fövqəladə hallar xidmətləri əməliyyat-axtarış tədbirləri həyata keçirir”, - deyə polisin açıqlamasında bildirilir.
Təcili yardım xidmətlərinin işinə mane olmamaq üçün sakinlər sakit olmağa və əraziyə gəlməkdən çəkinməyə çağırılıb.
İlkin məlumatlara görə, atışma zamanı 7 nəfər yaralanıb. 3 polis əməkdaşı isə həlak olub.