Bakı, 5 may, Rabil Kətanov, AZƏRTAC
Bakı Biznes Mərkəzində Azərbaycan-Belarus biznes-forumu keçirilir.
AZƏRTAC xəbər verir ki, forumda dövlət qurumları ilə yanaşı hər iki dövlətin iş adamları və biznes strukturlarının təmsilçiləri iştirak edirlər.
Biznes-forumda qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrin inkişafı perspektivləri, iş adamları və şirkətlər arasındakı biznes əlaqələri müzakirə edilir.