AZ

Azərbaycan və Belarus Şərqi Zəngəzurda əməkdaşlığı inkişaf etdirir

Bakı. Trend:

Azərbaycan və Belarus Şərqi Zəngəzur iqtisadi rayonundalayihələri inkişaf etdirir.

Trend-in müxbirixəbər verir ki, bunu Azərbaycan Respublikasının İxracın vəİnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoruYusif Abdullayev Bakı şəhərində keçirilən "Azərbaycan–Belarus"biznes forumu çərçivəsində etdiyi çıxışda deyib.

“Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslıbərpa işləri aparılır. Xarici şirkətlərlə, o cümlədən, Belarusşirkətləri ilə müxtəlif tərəfdaşlıq modelləri işlənib hazırlanır.Ağıllı kəndlər və aqrar qəsəbələrin yaradılması üzrə layihələrhəyata keçirilir”, - deyə o qeyd edib.

Y.Abdullayevin sözlərinə görə, Belarus biznesinin bu layihələrdəiştirakı perspektivli istiqamət kimi dəyərləndirilir.

“Azad edilmiş ərazilərin bərpasına Belarus şirkətlərinin cəlbolunmasında böyük potensial görürük”, - deyə o vurğulayıb.

Məqalədə:
Seçilən
0
az.trend.az

1Mənbələr