Yeniavaz saytına istinadən Icma.az xəbər verir.
İran Bəndər-Abbas şəhərindəki Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ən azı 3 milyard dollardan 5 milyard dollara qədər itirib.
Yeniavaz.com İRNA agentliyinə istinadla xəbər verir ki, bu barədə İranın telekommunikasiya və informasiya texnologiyaları nazirinin müavini Məhəmməd-Möhsün Sədr məlumat verib.
Onun sözlərinə görə, dəymiş ziyanın miqyasına baxmayaraq, ölkə müasir texnologiyaların köməyi ilə hadisənin nəticələrini aradan qaldırmağa ümid edir.
Qeyd edək ki, aprelin 26-da İranın ən böyük limanlarından biri olan Şəhid Rəcai limanında güclü partlayış baş verib. Hadisə nəticəsində rəsmi məlumatlara görə 70-ə yaxın insan ölüb, 1200-ə yaxın insan yaralanıb.
Bəzi media orqanları partlayışın bərk raket yanacağında istifadə edilən natrium perxlorat maddəsinin düzgün saxlanmaması ilə bağlı baş verdiyini iddia etsə də, İran rəsmiləri bu məlumatları təkzib edir.
Hazırda hadisə ilə bağlı rəsmi araşdırma davam edir.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Bu mövzuda digər xəbərlər:
İran limandakı partlayışın təxribat olduğunu istisna etmir
29 Aprel 2025 18:59
ABŞ İranın 5 qurumunu hədəf aldı
09 Aprel 2025 19:32
İranın daha 5 təşkilatı “qara siyahı”da
10 Aprel 2025 12:48
Azərbaycanla İranın ticarəti son 5 ilin maksimumuna çatdı
28 Aprel 2025 15:05
İranın şərqində 5 bal gücündə zəlzələ baş verib
01 May 2025 14:57