AZ

Seymur Orucov bilik yarışının qaliblərini mükafatlandırdı FOTOLAR

Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması ilə əlaqədar Ağstafa Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq rayonun ümumtəhsil müəssisələrinin komandaları arasında keçirilən “Azərbaycanın suverenliyi və ərazi bütövlüyü” adlı intellektual bilik yarışının qalibləri mükafatlandırılıb.

"Unikal" xəbər verir ki, RİH başçısı aparatının inzibati binasında təşkil olunan tədbirdə Seymur Orucov qalib komandaların üzvlərini qəbul edərək onları Ağstafa Rayon İcra Hakimiyyətinin Fəxri Fərman və hədiyyələri ilə təltif edib.

İntellektual bilik yarışının yekun nəticələrinə əsasən Ağstafa şəhər 1 nömrəli tam orta məktəbin “Zəfər” komandası 1-ci, Dağ Kəsəmən kənd 1 nömrəli tam orta məktəbin “Avey” komandası 2-ci və Muğanlı kənd tam orta məktəbin “Tağlar” komandası 3-cü yerə layiq görülüblər.

Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyəti başçısı aparatında təşkil olunan könüllülük təlimlərini uğurla keçən Nəcəfova Zəhra Teyyub qızı da müvafiq Sertifikata layiq görülüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

seeBu mövzuda digər xəbərlər:

Seymur Orucov səyyar qəbullar keçirdi Fotolar

13 Fevral 2025 14:49

Seymur Orucov qəsəbə sakinləri ilə görüşdü FOTOLAR

05 Dekabr 2024 14:09

Seymur Orucov şəhid anasını ziyarət etdi Fotolar

21 Fevral 2025 16:58

Seymur Orucov növbəti vətəndaş qəbulu keçirib FOTOLAR

11 Aprel 2025 18:30

İcra başçısı Seymur Orucov səyyar qəbul keçirdi FOTOLAR

09 Yanvar 2025 16:02

Seçilən
0
2
icma.az

3Mənbələr