Bakıda qətl hadisəsi baş verib.
Heftelik.az-ın oxu.az-a istinadən verdiyi məlumata görə, hadisə Sabunçu rayonunun Maştağa qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini Ağaəli Əliyev gəlini, Dürdanə Əliyevanı bıçaqlayıb.
D.Əliyeva aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Hadisə ailə münaqişəsi zəminində baş verib.
Qətli törətməkdə şübhəli bilinən A.Əliyev şübhəli şəxs qismində saxlanılıb.