AZ

"37 yaşlı adam nə xidmət edəcək, hansı hazırlıqlar olacaq?" - Emin Həsənli

Ermənistanda həqiqi hərbi xidmətə çağırış üçün maksimum yaş həddinin 27-dən 37-yə artırılması təklif edilir.

Yaş həddinin artrılması nədən qaynaqlanır?

Mövzu ilə bağlı Redaktor.az-a danışan “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli bildirdi ki, Ermənistan əhalisinin sayı azdır:

"Ehtiyatları da çox azdır. Bu səbəbdən düşünürlər ki, müharibə olan zaman ehtiyac səfərbərlik sayı az olduğuna görə 10 ili də artırsınlar ki, 37 yaşa qədər insanları səfərbərliyə cəlb etsinlər. Əslində, Ermənistana ordu nəyə lazımdır? Dörd dövlətlə qonşudur: Azərbaycan, Türkiyə, İran və Gürcüstan. Ermənistan bu dövlətlərlə müharibə etmək gücündədir? Ermənistana daxili qoşun lazımdır ki, sabitlik tənzimlənsin".

Ekspert bildirdi ki, Ermənistan xarici qonşularla müharibə aparmaq gücündə deyil.

"Ondansa, qonşularla normal münasibətlər qursun. Azərbaycandan üzr istəyib, şərtləri qəbul edib, konstitusiyasını dəyişib, sülh müqaviləsi imzalayıb, Azərbaycana təzminat verməyə hazır olduğunu bəyan etməli, cinayətkarları, Xocalı soyqırımının qatillərini Azərbaycana təhvil verib, normal münasibət qurmalıdır. 37 yaşlı adam nə xidmət edəcək, hansı hazırlıqlar olacaq? Bununla bağlı çox suallar var. Ermənistanda yalnız insan resursu məsələsi deyil. Yetərli ordu qura bilmirlər", - deyə Emin Həsənli vurğuladı.

Aytəkin TOFİQQIZI

Seçilən
0
1
redaktor.az

2Mənbələr