İran, əvvəllər planlaşdırılan danışıqların təxirə salınmasına baxmayaraq, “Üçlük”lə (Böyük Britaniya, Almaniya və Fransa) ilə nüvə proqramı ilə bağlı görüş keçirməyə hazır olduğunu bildirib.
Publika.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqayi məlumat verib.
Onun sözlərinə görə, Romada görüş mayın 2-də baş tutmalı idi, lakin tərəflərin qarşılıqlı razılığı ilə təxirə salınıb.
Bəqayi mətbuat konfransında deyib: "Biz dialoqa hazırıq, sadəcə olaraq yeni tarix barədə razılığa gəlməliyik".