AZ

AZPROMO: Belarusla sənaye sahəsində əməkdaşlıq məhsuldar perspektivlər vəd edir

Azərbaycanla Belarus əməkdaşlığı sənaye sahəsində məhsuldar perspektivlər vəd edir.

"Report" xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) İcraçı direktoru Yusif Abdullayev bu gün keçirilən Azərbaycan-Belarus Biznes Forumunda bildirib.

Onun sözlərinə görə, Azərbaycan ilə Belarus arasındakı ticarət əlaqələri çoxşaxəlidir, yaxşı tarixə malikdir: “Bu ilin ilk rübündə Azərbaycanla Belarus arasında qarşılıqlı ticarət dövriyyəsi 101 milyon ABŞ dollarını ötüb, Azərbaycanın Belarusa ixracı 82 % artaraq 17 milyon ABŞ dollarına çatıb. Biz ümid edirik ki, ölkələrimiz arasında investisiya və ticarət sahələrində əməkdaşlıq genişlənəcək”.

Y. Abdullayev vurğulayıb ki, ilk növbədə 2024–2025-ci illər üzrə əməkdaşlığın inkişafına dair Yol Xəritəsinin qeyd etmək lazımdır: “Bu Yol Xəritəsində nəzərdə tutulan tədbirlərin ardıcıl surətdə həyata keçirilməsi ticarət-iqtisadi və investisiya əməkdaşlığının gücləndirilməsində artıq nəzərəçarpacaq nəticələr verib".

İcraçı direktor qeyd edib ki, tərəflər ixracın artmasında maraqlıdır. “Xüsusilə qeyd etməliyəm ki, Belarusda Azərbaycan Ticarət Evi fəaliyyət göstərir. Bu Ticarət Evi xüsusilə Azərbaycan istehsalı olan spirtli içkilərin, o cümlədən şərabların təşviqində fəal iştirak edir”.

Seçilən
0
3
report.az

4Mənbələr