AZ

Əvəz Zeynallı xaricdə müayinə olunmağa başladı

Ötən ay səhhəti ilə əlaqədar həbsdən azadlığa buraxılan “Xural” Media Qrupunun rəhbəri Əvəz Zeynallı müalicə olunmaq üçün Türkiyəyə gedib.

Medianews.az xəbər verir ki, Ə.Zeynallı mayın 5-dən Ankarada müayinələrə başlayıb. Daha sonra müalicələrə başlanması nəzərdə tutulur.

Medianews.az-a açıqlamasında Ə.Zeynallı deyib ki, işin maliyyə tərəfinin necə olacağı ilə maraqlanan, bundan narahat olan çox adam var: “Hələ özüm də heç nə bilmirəm. Bircə şey bilirəm ki, çox bahalı və məsrəfli prosedurlar var. Nəticələr məlum olanda zərurət yaranarsa millətimə müraciət edəcəm. Mənim millətimdən başqa kimim var ki…”

Ə.Zeynallı 2022-ci il sentyabrın 10-dan həbsdə olub. 2025-ci ilin martında onda onkoloji xəstəlik aşkarlanıb. 2025-ci il aprelin 25-i məhkəmə qərarına əsasən, Ə.Zeynallı xəstəliyi ilə əlaqədar vaxtından əvvəl həbs cəzasından azad edilib. O, 9 ilə yaxın müddətə azadlıqdan məhrum edilmişdi.


Seçilən
0
azia.az

1Mənbələr