Daşkəsən rayonunda itkin düşən şəhid atası Göygöldə tapılıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Daşkəsəndə itkin düşən 1952-ci il təvəllüdlü Kamil Abdullayev Göygöl rayonu ərazisində tapılıb.
*** 09:54
Şəhid atası meşədə itkin düşüb.
BAKU.WS Teleqraf.com-a istinadən xəbər verir ki, hadisə Daşkəsən rayon Bayan kəndində məskunlaşmış Kəlbəcər rayonundan olan məcburi köçkün, 1952-ci il təvəllüdlü şəhid atası Kamil Mahmud oğlu Abdullayev dünən saat 17:00 radələrində kənd ərazisindəki meşəyə bitki yığmağa gedib, evə qayıtmayıb.
Hazırda onun axtarışları davam etdirilir.