İranın müdafiə naziri Əziz Nəsirzadə bildirib ki, əgər ölkəsinə qarşı hərbi təcavüz olarsa, ABŞ və İsrailin maraqları və bazaları hədəfə çevriləcək.
Nazir vurğulayıb ki, İran qonşularını düşmən kimi görmür, onları qardaş hesab edir, lakin zərurət yaranarsa, onların ərazisində yerləşən ABŞ bazalarına qarşı tədbir görüləcək.
Bu açıqlama İranın yeni “Qasim Basir” adlı 1200 km mənzilli ballistik raketini təqdim etməsi fonunda verilib. Nazir qeyd edib ki, bu raketlər ABŞ-ın THAAD və Patriot sistemləri də daxil olmaqla, bir çox hava hücumundan müdafiə sistemlərini aşmaq qabiliyyətinə malikdir.
Əziz Nəsirzadə əlavə edib ki, İran heç bir müharibəyə başlamayacaq, lakin əgər hücuma məruz qalarsa, cavab tədbirləri çəkinmədən həyata keçiriləcək.Musavat.com