AZ

Xarici İşlər Nazirliyinin əsasnaməsi təsdiqləndi

Bakı. Trend:

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqındaəsasnamə təsdiqlənib.

Trend xəbərverir ki, bununla bağlı müvfiq sənədi Prezident İlham Əliyevimzalayıb.

Sənədə əsasən, Azərbaycan Respublikasının Xarici İşlər NazirliyiAzərbaycan Respublikasının xarici siyasətini və bu sahədə dövləttənzimləməsini, eləcə də xarici əlaqələr sahəsində AzərbaycanRespublikası dövlət orqanlarının (qurumlarının) fəaliyyətininəlaqələndirilməsini həyata keçirən və diplomatik xidmətorqanlarının vahid sisteminə rəhbərlik edən mərkəzi icrahakimiyyəti orqanıdır.

Nazirlik öz fəaliyyətində Azərbaycan RespublikasınınKonstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığıbeynəlxalq müqavilələri, “Diplomatik xidmət haqqında” AzərbaycanRespublikasının Qanununu, Azərbaycan Respublikasının KonsulNizamnaməsini, Azərbaycan Respublikasının digər qanunlarını, buƏsasnaməni, Azərbaycan Respublikası Prezidentinin digərfərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan RespublikasıNazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqiaktları rəhbər tutur.

Nazirlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyatakeçirərkən digər dövlət orqanları (qurumları), yerli özünüidarəetməorqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, habelədigər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyətgöstərir.

Nazirliyin müstəqil balansı, istifadəsində olan dövlət əmlakı,xəzinə və bank hesabları, üzərində öz adı və AzərbaycanRespublikası Dövlət Gerbinin təsviri həkk olunmuş möhürü,kargüzarlıq xidmətinin gerbsiz möhürü, müvafiq ştampları vəblankları vardır.

Nazirliyin saxlanma xərcləri və fəaliyyəti AzərbaycanRespublikasının dövlət büdcəsi və qanunda nəzərdə tutulan digərmənbələr hesabına maliyyələşdirilir.

1.6. Nazirlik Bakı şəhərində yerləşir.

Seçilən
0
4
az.trend.az

5Mənbələr