AZ

Pakistandan iki gündə iki uğurlu sınaq: Şahbaz Şərif Hindistana xəbərdarlıq etdi

BAKI, 5 may. TELEQRAF

Ötən ay Kəşmirdə baş verən ölümcül hücumla bağlı Hindistanla gərginliyin artması fonunda Pakistan ordusu iki gündə ikinci ballistik raket sınağı keçirdiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə Pakistan KİV məlumat yayıb.

Qeyd olunur ki, sınaqlar hava qüvvələrinin əməliyyat hazırlığını təmin etmək və əsas texniki parametrləri, o cümlədən raketlərin təkmil naviqasiya sistemi və təkmilləşdirilmiş dəqiqliyi yoxlamaq məqsədi daşıyır.

Bildirilir ki, sınaqdan keçirilən yer-yer tipli raket 120 kilometr uçuş məsafəsinə malikdir.

Pakistanın baş naziri Şahbaz Şərif ölkəsinin öz ərazisini müdafiə etməyə hazır olduğunu təsdiqləyib.

“Uğurlu raket sınağı Pakistanın müdafiəsinin güclü əllərdə olduğunu açıq şəkildə nümayiş etdirir”, - o, raket sınağından sonra verdiyi açıqlamada deyib.

Şərif həmçinin ordunun tam hazır olmasından məmnunluğunu ifadə edib.

Xatırladaq ki, Pakistan ordusu dünən də uzaqmənzilli ballistik raket sınağı həyata keçirmişdi.

Seçilən
0
teleqraf.com

1Mənbələr