
Dağıstanın Mahaçqala şəhərində atışma olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiyanın “Telegram” kanalları məlumat yayıb.
“112” Telegram kanalının məlumatına görə, iki naməlum şəxs yol polisi əməkdaşlarına hücum edib.
Bildirilir ki, hücum edənlər asayiş keşikçilərinə atəş açıb.
İlkin məlumata görə, Mahaçqalada yol polisi bölməsinə hücum nəticəsində üç polis əməkdaşı həlak olub. Bu barədə Dağıstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, hücum zamanı iki cinayətkar məhv edilib. Digərləri isə yol polisinə məxsus patrul maşını ilə qaçmağa nail olublar.
Məlumata görə, hücum edənlər hələ saxlanılmayıb və onların şəxsiyyətləri müəyyən edilməyib.
“Mash” teleqram kanalı ən azı bir polis əməkdaşının yaralandığını və onu xilas etməyin mümkün olmadığını yazıb. Üstəlik, jurnalistlərin məlumatına görə, 12 yaşlı qız yaralanıb. Atışma zamanı onun əlinə qəlpə parçası dəyib.