BAKI, 2 may. TELEQRAF
Mahaçqalada naməlum şəxslər polislərə hücum ediblər.
Teleqraf xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
ki nəfər naməlum şəxs yol patrul xidməti (DYP) əməkdaşlarının olduğu ekipaja atəş açıb. Hücum nəticəsində iki polis əməkdaşı həlak olub. Hücum edən silahlı şəxslərdən biri öldürülüb, digər isə qaçıb gizlənib.
Hazırda hüquq-mühafizə orqanları hadisəni törədən şəxslərin kimliyini müəyyənləşdirmək üzərində iş aparır.