Rusiyanın Mahaçqala şəhərində naməlum şəxslər polislərə hücum ediblər.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində iki polis əməkdaşı həlak olub.
Hücum edən silahlı şəxslərdən biri öldürülüb, digər isə qaçıb.
Onun tutulması istiqamətində tədbirlər görülür.