AZ

34 illik həsrət bitdi – A Seriyasında ikinci İnzaqi

“Piza” 34 ildən sonra yenidən İtaliya çempionatının yüksək liqasına – A Seriyasına qayıdıb.

Msport.az xəvər verir ki, Filippo İnzaqinin komandası səfərdə “Bari”yə 0:1 hesabı ilə məğlub olsa da, əsas rəqibi “Speziya”nın “Reccana”ya 1:2 hesabı ilə uduzması sayəsində mövsümün bitməsinə iki tur qalmış turnir cədvəlində ikinci yeri təmin edib.

İnzaqi “Piza”nı 2024-cü ilin iyul ayında çalışdırmağa başlayıb. O, bundan əvvəl “Milan” da daxil olmaqla bir sıra İtaliya klublarında baş məşqçi kimi çıxış edib. Klub sonuncu dəfə A Seriyada 1990-91 mövsümündə iştirak etmişdi. Bu, komandanın tarixində yüksək liqadakı 8-ci mövsüm olacaq.

Qeyd edək ki, daha əvvəl A Seriyasına ikinci divizionun lideri olan “Sassuolo” da vəsiqə qazanıb.

Seçilən
0
msport.az

1Mənbələr