Mahaçqalada 3 yol polisi əməkdaşı güllələnib.
Far.Az xəbər verir ki, bu barədə "112" Telegram kanalı məlumat yayıb.
Nəşrin məlumatına görə, iki hücumçu polis əməkdaşlarına güclü atəş açıb.
Qeyd olunur ki, hücumdan sonra cinayətkarlar təhlükəsizlik qüvvələrinin xidməti avtomobilini oğurlayaraq avtomobillə qaçıblar. Hazırda şübhəlilərin şəxsiyyətləri müəyyənləşdirilir.