Bakı. Trend:
Azərbayacanda yüksək gəlirlimüştərilərə xidmət göstərən “PASHAPrivate Banking”, Beynəlxalq Caz Gününə həsr olunmuş konsertin başsponsoru qismində çıxış edib.
30 aprel 2025-ci il tarixində Heydər Əliyev Mərkəzində baş tutan butədbir caz musiqisinin zəngin ənənələrini yaşatmaq və milli musiqiirsini beynəlxalq auditoriyaya tanıtmaq məqsədi daşıyır.
Konsertdə Azərbaycanın tanınmış caz ifaçıları ilə yanaşı, məşhuramerikalı caz ifaçısı Charenee Wade və Gürcüstanın zərb alətləriustası George Melikishvili də çıxış ediblər.
“PAŞA Bank” milli-mədəni irsin qorunması və beynəlxalq miqyasdatəbliğ olunması istiqamətində həyata keçirdiyi korporativ sosialməsuliyyət layihələri ilə seçilir. \
Bank, Azərbaycanın mədəni dəyərlərinin dünya miqyasındatanınmasına dəstək olmaq məqsədilə müxtəlif təşəbbüslərigerçəkləşdirir və gələcək nəsillərə dəyərli irsin ötürülməsinətöhfə verir.