“WhatsApp” 5 may 2025-ci ildən etibarən bəzi köhnə iPhone modellərinə dəstəyini dayandırır.
News365.az-ın məlumatına görə, şirkət iPhone 6, iPhone 6s, iPhone 6s Plus və iPhone SE (1-ci nəsil) modellərində tətbiqin yeni versiyalarının işləməyəcəyini bildirib.
Bu cihazlarda mesajlaşma və zəng funksiyaları da tamamilə deaktiv olunur. Səbəb olaraq bu telefonların iOS 15.1 və ya daha yeni sistemləri dəstəkləməməsi göstərilir.