Bakı. Trend:
26 apreldə İranın cənubunda yerləşən Hörmüzqan vilayətininBəndər Abbas rayonunda partlayış baş verən Şəhid Rəcai limanındayenidən yanğın olub.
Bu barədə Trendİran KİV-ə istinadən məlumat verib.
Məlumata görə, limanda reach stacker-də (böyük avtokar) yanğınbaş verib.
Hadisə yerinə dərhal yanğınsöndürmə heyəti ezam olunub vəyanğının söndürüldüyü bildirilir.
Qeyd edək ki, 26 apreldə İranın Şəhid Rəcai limanında konteynerterminallarından birində güclü partlayış baş verib. Hadisənəticəsində rəsmi şəkildə bildirildiyinə görə, 57 nəfər ölüb, 1,2mindən çox şəxs yaralanıb.