AZ

ƏƏSMN ilə ÜST arasında əməkdaşlıq müzakirə edilib - FOTO

ƏƏSMN

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı ilə görüş keçirilib. Görüşdə nazir Anar Əliyev son illərdə ölkəmizdə tibbi-sosial ekspertiza və reabilitasiya sahəsində aparılan islahatlar barədə məlumat verib. Əlilliyin qiymətləndirilməsi üzrə tətbiq olunan yeni meyarların və rəqəmsal həllərin əhəmiyyəti qeyd olunub. Reabilitasiya vasitələri ilə təminatın genişləndirilməsi, dövlət hesabına təqdim olunan vasitələrin çeşidinin artırılması diqqətə çatdırılıb. Həmçinin, reabilitasiya müəssisələrinin şəbəkəsinin yenilənməsi və infrastrukturun müasirləşdirilməsi istiqamətində görülən işlər təqdim olunub. Hande Harmancı əməkdaşlıqdan məmnunluğunu bildirib və gələcək tərəfdaşlıq imkanları müzakirə olunub.ƏƏSMN✍️"Ulusum".az

Diqqət Çəkənlər

Hava Proqnozu 5 May 2025

Xalq artisti Fuad Poladovun anım günüdür - FOTO

Selçuk Bayraktar: “TEKNOFEST bir millətin oyanış hekayəsidir"

Seçilən
0
ulusum.az

1Mənbələr