AZ

Mourinyu "Fənərbağça"da qalıb-qalmayacağı ilə bağlı suala belə cavab verdi

"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyu Türkiyə klubundakı gələcəyinin necə olacağı ilə bağlı sualı cavablandırıb.

Fanat.Az xəbər verir ki, portuqaliyalı mütəxəssisin sözlərini "Fanatik" belə çatdırıb:

"Növbəti mövsümdən danışmayacam. Klubun daxili işləri mətbuat önündə müzakirə edilmir. Mənim nəsə bir yaxşı cəhətim varsa, bu, prezidentimizə və camiəmizə hörmətimdir".

Hazırda 75 xalı olan "Fənərbağça" Türkiyə Super Liqasının turnir cədvəlində 2-ci pillədə qərarlaşıb. "Sarı büllər" çempionatın sonuna 4 tur qalmış lider "Qalatasaray"dan 8 xal geridədirlər. 

Xatırladaq ki, Mourinyu ötən ilin yayından İstanbul təmsilçisini çalışdırır.

Nihat

Seçilən
0
fanat.az

1Mənbələr