AZ

Oyun insanı belə öldürür: Dopamin ifrazı artır, “mükafat sistemi” aktivləşir və...

Xəbər verdiyimiz kimi, mayın 4-nə keçən gecə saat 04 radələrində işdən kənar vaxtda Xaçmaz şəhər sakini 31 yaşlı Kənan Abdullayev qatarın altında qalaraq ölüb. 

Məlumata görə, ilkin araşdırmalarla K.Abdullayevin intihar etdiyi müəyyən olunub. Bildirilib ki, son vaxtlarda onun internet oyunlarında iştirak səbəbindən xeyli borcu yaranıbmış. Həmçinin, Kənan Abdullayevin FHN-in Şimal bölgəsinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı olduğu bildirilib. O, ailəli və 1 uşaq atası imiş. Faktla bağlı araşdırmalar davam etdirilir. 

Göründüyü kimi, internet oyunlarından asılılıq artıq ölümə də səbəb olub. İnternet oyunlarına aludəçilik insan psixikasında hansı dəyişikliklərə səbəb olur? Bu asılılıq hansı mərhələdən sonra təhlükəli hala gəlir? 

“Son illər internet oyunlarına aludəçilik yalnız uşaq və gəncləri deyil, artıq ailəli, işləyən insanları da təsiri altına alıb. Təəssüf ki, bu halların bəziləri faciəvi sonluqla bitir. İnternet oyunları insanda dopamin ifrazını süni şəkildə artırır. Bu zaman beyində “mükafat sistemi” aktivləşir və şəxs müvəqqəti xoşbəxtlik hissi yaşayır. 

Lakin bu hal davam etdikcə, real həyatda maraq azalır, sosial münasibətlər zəifləyir, emosional tənzimləmə pozulur. Yuxusuzluq, diqqət dağınıqlığı, əsəbilik və depressiv əlamətlər meydana çıxır. Oyun asılılığı olan insanlar tədricən gerçək həyatdan uzaqlaşır və oyun onların “təhlükəsiz zonası”na çevrilir. 

Əgər insan oyun oynamadığı zaman panika, əsəbilik, boşluq hiss edirsə, bu artıq psixoloji asılılıqdır. Daha ağır mərhələdə şəxs borclanmağa, iş və ailə münasibətlərini pozmağa, sosial təcridə meyilli olmağa başlayır. Bəzi hallarda bu vəziyyət özünəqapanma və intihar düşüncələrinə qədər çata bilər”. 

Zeynəb Əyyubova deyib  ki, oyun asılılığı ilə mübarizədə ailə və cəmiyyətin dəstəyi həlledici rol oynayır: 

“Ailə üzvləri mühakimə etmədən, sevgi və anlayışla yanaşmalı, həmin şəxsin niyə bu aludəçiliyə düşdüyünü anlamağa çalışmalıdır. Onlara “oyun oynama” demək kifayət deyil, əsas məsələ, onun psixoloji ehtiyacını başa düşməkdir. 

Cəmiyyət səviyyəsində isə maarifləndirici layihələrə, psixoloji dəstək xidmətlərinə ehtiyac var. Xüsusilə yüksək stresli sahələrdə çalışan peşə sahibləri, məsələn, xilasedicilər, həkimlər, hüquq-mühafizə orqanlarının əməkdaşları mütəmadi olaraq psixoloji dəstəyə cəlb olunmalıdır”. 

Psixoloq-pedaqoq bu asılılığın qarşısını almaq üçün vacib tövsiyələr verib: 

“Bunlardan birincisi, erkən yaşlardan balanslı texnologiya vərdişləri formalaşdırmaqdır. Bu asılılığın qarşısını almaq üçün əsasən boş vaxtın sağlam alternativlərlə – idman, incəsənət, sosial fəaliyyətlə doldurulması vacibdir. 

Həmçinin, məktəblərdə və iş yerlərində psixoloji maarifləndirmə tədbirləri keçirilməlidir. Asılılıq riski olan şəxslərə psixoloji yardım əlçatan olmalıdır. Valideynlərin və ailə üzvlərinin psixoloji bilgilərlə təchiz olunması olduqca vacibdir”. 

Seçilən
0
cebheinfo.az

1Mənbələr