BAKI, TurkicWorld
Meksikada 6,2 bal gücündə zəlzələ baş verib
TurkicWorld xəbər verir ki, Almaniyanın Yer Elmləri Araşdırma Mərkəzi (GFZ) Meksikanın cənub-şərqində yerləşən Çiapas bölgəsində 6,2 bal gücündə zəlzələ qeydə alındığını açıqlayıb.
Məlumata görə, yeraltı təkanlar 269 kilometr dərinlikdə baş verib. Zəlzələ nəticəsində dağıntı və ya insan tələfatı ilə bağlı hələlik məlumat verilməyib.
Qeyd edək ki, Meksika dünyanın ən aktiv seysmik zonalarından biridir və bu cür təkanlar bölgə üçün qeyri-adi sayılmır.