Braziliyadan Rusiyaya doğru "sürüşmə" var, hətta deyərdim ki, son bir ildə Moskva ilə əlaqə sürətlə güclənməyə başlayıb.
Publika.az xəbər verir ki, bunu Ukraynanın BMT-dəki daimi nümayəndəsi, Braziliyadakı keçmiş səfir Andrey Melnik deyib.
O qeyd edib ki, “Braziliya qatarı” Ukraynadan tələsik uzaqlaşıb.
"Braziliyanın siyasi elitası Ukrayna ilə münasibətləri inkişaf etdirməkdə özünə heç bir fayda görmür: biz nə geosiyasət, nə də iqtisadiyyat və ticarət baxımından prioritet deyilik", - deyə keçmiş səfir bildirib.