AZ

Həcc ziyarəti üçün ayrılan kvota 99 faiz dolub

Bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün ayrılan kvota 99 faiz dolub.

 

Sfera.az xəbər verir ki, bunu Teleqraf-ın sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri deyib.


Onun sözlərinə görə, kvota 99 faizdən çox dolub. Ziyarət üçün elan olunan sənəd qəbulunun yekunlaşması ilə bağlı dəqiq tarix açıqlanmayıb.

 

Qeyd edək ki, azərbaycanlı zəvvarların Həcc ziyarətinə mayın sonlarında yola düşəcəyi gözlənilir. QMİ-nin məlumatına görə, bir nəfər üçün ziyarət paketinin qiyməti 5 950 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək.

Seçilən
0
2
sfera.az

3Mənbələr