AZ

Trent Aleksander-Arnold "Liverpul"dan ayrıldı

"Liverpul"un müdafiəçisi Trent Aleksander-Arnold mövsümün sonunda ingilis klubundan ayrılacağını elan edib.

"Cebheinfo.az"  xəbər verir, bununla bağlı Arnold özünün "X" sosial şəbəkə səhifəsində paylaşım edib.

"Liverpul" futbol klubunda 20 il işlədikdən sonra mövsümün sonunda klubdan ayrılacağımı təsdiqləmək vaxtı gəldi. Bu, həyatımda qəbul etdiyim ən çətin qərardır.

Bilirəm ki, sizdən bir çoxu mənim bu barədə indiyə qədər danışmadığım üçün məyus olub, amma mənim niyyətim həmişə komandanın maraqlarına, xüsusən də 20-ci titulun qazanılmasına tam diqqət yetirmək olub.

Bu klub 20 il ərzində bütün həyatım - bütün dünyam olub. Akademiyadan başlayaraq bu günə qədər, klubun içində və xaricində olan hər kəsdən hiss etdiyim dəstək və sevgi həmişə mənimlə qalacaq. Mən həmişə sizin hamınıza borclu qalacağam.

Bu qərar - yeni bir çağırışı sınamaq, komfort zonasından çıxmaq və özümü həm peşəkar, həm də şəxsi planda irəli aparmaq istəyidir. Mən bu klubda keçirdiyim hər gün bütün gücümü sərf etmişəm və ümid edirəm ki, burada olduğum müddətdə bunu hiss edirsiniz.

Ürəkdən hamıya - məşqçilərimə, menecerlərə, komanda yoldaşlarıma, heyətə və inanılmaz azarkeşlərimizə son 20 il üçün təşəkkür edirəm.

Mən burada öz arzumu həyata keçirmək şansına malik oldum və sizin hamınızla birlikdə yaşamaq şansına malik olduğum o xüsusi anları həmişə riqqətlə xatırlayacağam. Bu kluba olan sevgim heç vaxt ölməyəcək", - deyə Arnold yazıb.

"Cebheinfo.az" 

Seçilən
0
cebheinfo.az

1Mənbələr