AZ

Simonyan: Paşinyanın Moskvaya gedəcəyi təqdirdə təhlükəsizliyinin təmin edilməsində problem görmürük

Ermənistan tərəfi baş nazir Nikol Paşinyanın Moskvada Qələbə paradına gedəcəyi təqdirdə onun təhlükəsizliyinin təmin edilməsində problem görmür.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib.

"Əgər baş nazir iştirak etməyə qəti qərar versə, biz təhlükəsizliklə bağlı problem görmürük", - o qeyd edib.

Jurnalistlərin Paşinyanın birdən "xəstələnə" biləcəyi ilə bağlı sualına Simonyan hər şeyin mümkün olduğunu deyib.

Məlumat yenilənir

Seçilən
0
report.az

1Mənbələr