AZ

Putinin müharibəsinin dəhşətləri: "Son üç il boğazımıza keçirilmişilgək kimi oldu"


The Times yazır:-“Sosioloqlar ruslar arasında müharibəyə dəstəyin yüksək olub-olmadığıyla maraqlanırlar, çünki respondentlərin əksəriyyəti müharibənin əleyhinə danışmaqdan çəkinirlər. Rusiyadakı paranoidvətənpərvərlər belə diktator Vladimir Putinin Ukraynaya qarşı amansız müharibəsindən qorxurlar. Rejim bir qələbə kultu yaradıb, lakin Rusiya cəmiyyətində əhval-ruhiyyə getdikcə tutqunlaşır. Rus Aleksandr öz pəncərəsindən nasist Almaniyası üzərində qələbənin 80-ci ildönümünə həsr olunmuş paradın məşqini izləyir. Vətənpərvərlik mahnıları səsləndirilir, Sovet və Rusiya bayraqları asılıb, əsgərlər küçələrdə yürüş edir. Evinin yaxınlığında isə Ukraynadakı müharibəyə işə qəbul haqqında elan yerləşdirilib, ödəniş vədi ilə: 1,9 milyon rubl birdəfəlik, 5,2 milyon - illik əmək haqqı vəd edilir. İkinci Dünya Müharibəsindən fərqli olaraq, bugünkü müharibə əsasən muzdlu ordular tərəfindən aparılır. Ukrayna kəşfiyyatı 140-180 min əsir götürüldüyünü iddia edir. Politoloq Kirill Roqov deyir: “İnsanlar bilir ki, müharibəyə getmək şüurlu maliyyə qərarıdır... bunun ölkə naminə və ya böyük qəhrəmanlıqla heç bir əlaqəsi yoxdur”. 27 yaşlı alim Aleksandr deyir ki,o, Rusiyanın hərəkətlərinə görə özünü “əbədi günahkar” hiss edir. Onun üçün artıq Qələbə günü milli yaddaşla yox, utancla bağlıdır: "Uşaqlıqda Qələbə günü veteranların bayramı idi. İndi isə “Qələbə bayramı” əsasən təbliğat günüdür". Putin xalq arasında “qələbə dəliliyi” kimi tanınan qələbə kultunu dövlət ideologiyasının bir hissəsinə çevirib. Eyni zamanda, hökumət gəncləri də hərbiləşdirir: 2024-cü ildə “Gənclər Ordusu”nun büdcəsi maliyyə çətinliklərinə baxmayaraq, iki dəfə artırılıb. Politoloq Kirill Roqov qeyd edir ki, əksəriyyət müharibəni passiv şəkildə dəstəkləyir, lakin “buna görə heç bir məsuliyyət hiss etmir”. Onların vətənpərvərliyi Kremlin təbliğ etdiyindən fərqlidir. "Onlar bu müharibənin səbəblərini başa düşmürlər. Onlar bunu Putinin müharibəsi hesab edirlər". Sosioloq Marina hətta keçmiş müharibə əleyhinə olan ruslar arasında belə laqeydliyin artdığını müşahidə edir. “İnsanlar onların heç nəyə təsir edə bilməyəcəklərini dərk edirlər... ona görə də qərara gəlibilər ki, bu barədə düşünməyə belə dəyməz”, - deyə sosioloq əlavə edib. Əyalətlərin nümunəsi rusların müharibəyə münasibətinin necə dəyişdiyini açıq şəkildə göstərir: bir vaxtlar pul toplayıb tor toxuyurdular - indibu hadisələri xatırlamaq belə istəmirlər. Təbliğat şouları boşdur. Müharibə pul qazanmaq üçündür: adını da“işgüzar səfər” –komandirovka qoyublar. Repressiya istənilən müqaviməti boğur. Müxalifət məğlub edilib, müstəqil media isə “xarici agent” elan edilib. Rus Daira Kozyreva Şevçenkonun şeirinə görə 3 ilə yaxın müddətə həbsə atılıb.24 yaşlı müəllimə İrina deyir ki, o, bu gün ”suyu belə püləyə-püləyə” içir.İrina ailəsi ilə belə müharibədən danışmaqdan çəkinir– çünki atası Putini dəstəkləyir. Qız deyir: Bir sözlə "Son üç il boğazımıza keçirilmişilgək kimi oldu."

Surxay Əliyev

Seçilən
0
baki-xeber.com

1Mənbələr