ABŞ prezidenti Donald Tramp xarici filmlərə 100 faizlik rüsum tətbiq etməyi planlaşdırdığını açıqlayıb.
AzPost bildirir ki, o, bu barədə o, özünün Truth Social sosial şəbəkəsində məlumat verib.
Tramp yazıb ki, o, Ticarət Departamentinə və ABŞ Ticarət Nümayəndəsinə “bu ölkəyə daxil olan və xaricdə istehsal olunan istənilən filmə 100% rüsum tətbiq etmək prosesinə dərhal başlamaq üçün icazə verir”.
“Amerikada kino sənayesi çox sürətlə ölür. Digər ölkələr rejissorlarımızı və studiyalarımızı ABŞ-dan uzaqlaşdırmaq üçün hər cür təşviqlər təklif edir. ABŞ-da Hollivud və bir çox başqa sahələr boşaldılır. Bu, digər ölkələrin birgə səyidir və buna görə də milli təhlükəsizliyə təhdiddir. Bu, Amerikada çəkilmiş filmlər istəyirik!” – Tramp yazıb.