AZ

İngiltərə millisinin üzvü "Liverpul"dan ayrılacaq - RƏSMİ

Mövsümün sonunda "Liverpul"la müqaviləsi başa çatan Trent Aleksandr-Arnold gələcəyi ilə bağlı qərarını verib.

Sportal.az xəbər verir ki, ingiltərəli sağ cinah müdafiəçisi yayda Premyer Liqa klubunu tərk edəcək. Futbolçu bu barədə özünün sosial şəbəkə hesabında video paylaşıb.

26 yaşlı arxa xətt oyunçusunun "Real"a keçəcəyi gözlənilir.

Qeyd edək ki, Trent Aleksandr-Arnold "Liverpul"un yetirməsidir. İngiltərə millisinin üzvü bu mövsüm Mersisayd təmsilçisinin heyətində meydana çıxdığı 42 rəsmi matçda 4 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi

Seçilən
0
sportal.az

1Mənbələr