AZ

Husilər İsraili hava blokadasına alır


Yəmənin üsyançı “Ənsar Allah” hərəkatından olan husilər İsrailin Ben Qurion da daxil olmaqla yəhudi dövlətinin hava limanlarına zərbələr endirərək İsrailə qarşı tam hava blokadası həyata keçirməyi planlaşdırır. Bu barədə qiyamçıların silahlı qüvvələrin nümayəndəsi Yəhya Sariya bildirib. O, üsyançıların nəzarətində olan “Al Masirah” telekanalında deyib:- "İsrailin Qəzza zolağında aqressiv əməliyyatını genişləndirmək qərarına cavab olaraq, silahlı qüvvələrimiz hava limanlarına, ilk növbədə İsraildə Ben Qurion hava limanı kimi tanınan Lod hava limanına çoxsaylı zərbələr endirərək, İsraili tam hava blokadasına almağa çalışacaqlar".”Ənsar Allahın”hərbi sözçüsü hava yollarını "bu bəyanatın dərc edildiyi andan diqqətə almağa və təyyarələrin və sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün düşmən hava limanlarına bütün uçuşları ləğv etməyə" çağırıb.

Surxay Əliyev

Seçilən
0
4
baki-xeber.com

5Mənbələr