AZ

Ağ Evdən Trampla bağlı maraqlı PAYLAŞIM -FOTO

ABŞ-da qeyri-rəsmi olaraq qeyd edilən “Ulduz Döyüşləri Günü” münasibətilə Ağ Ev maraqlı paylaşımı ilə diqqət çəkib.

“Busaat.az” xəbər verir ki, Ağ Evin rəsmi X hesabında yayımlanan paylaşımda ABŞ Prezidenti Donald Tramp süni intellektlə hazırlanmış posterdə güclü bir döyüşçü kimi təsvir edilib.

“Şər ovçusu” başlığı ilə yayımlanan fotoda Tramp işıq qılıncı ilə Sith qüvvələrinə qarşı savaşan qəhrəman obrazında təqdim olunub.

Posterə ABŞ bayraqları, iki keçəl qartal və əzələli Tramp fiquru əlavə olunub. 78 yaşlı prezidentin bu qeyri-adi görüntüsü sosial mediada geniş maraqla qarşılanıb.

Posterin altındakı yazıda isə belə deyilir: “Radikal solçular da daxil olmaqla, Sith liderlərinə, narkobaronlara və təhlükəli məhbuslara qarşı mübarizə aparan hər kəsin 4 May bayramı mübarək!”

Nərmin Səmidova

Busaat.az

image-img_4344

Seçilən
0
busaat.az

1Mənbələr