Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.
Avtosfer.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri növbəti profilaktik tədbirlər nəticəsində Yasamal rayon sakini olan bir nəfər 1 avtomat silahı, 1 patron darağı və 30 ədəd patronu könüllü olaraq polisə təhvil verib.
Sumqayıt şəhəri ərazisində isə polis əməkdaşları tərəfindən 1 qumbara və 7 ədəd patron tapılaraq götürülüb.
Araşdırmalar aparılır.