AZ

Cəbrayıl Könüllüləri qrupuna qəbula start verilib (FOTO)

Bakı. Trend:

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında AzərbaycanRespublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, Gənclər vəİdman Nazirliyinin və Gənclər Fondunun dəstəyi ilə “Böyük Qayıdış”Gənclər Təşkilatı tərəfindən icra olunan “Qayıdış Könüllüləri”Proqramı çərçivəsində “Cəbrayıl Könüllüləri” qrupuna qeydiyyatbaşlanıb.

Bu haqda bu gün Gənclər Təşkilatlarının Resurs Mərkəzindəkeçirilən mətbuat konfransında Azərbaycan Respublikasının GənclərFondunun icraçı direktorunun müavini vəzifəsini icra edən YusifVəliyev, Azərbaycan Respublikasının gənclər və idman nazirliyininGənclərlə iş şöbəsinin müdiri Ramil Cabbarov, Cəbrayıl, Qubadlı vəZəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin XüsusiNümayəndəliyinin böyük məsləhətçisi Anar Əkbərov və “Böyük Qayıdış”Gənclər Təşkilatının sədri Nail Şükürov məlumat verib.

Bildirilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldanazad olunmuş ərazilərimizdə həyata keçirilən işlərə gənc nəslin,xüsusilə də kökləri bu torpaqlara bağlı olan gənclərin daha genişcəlb olunması çağırışına uyğun olaraq “Qayıdış Könüllüləri”Proqramı formalaşdırılmışdır. Proqramın əsas məqsədi, işğaldan azadolunmuş ərazilərdə könüllülük fəaliyyətini dəstəkləmək, əslən həminbölgələrdən olan gənclərin öz doğma torpaqlarında yenidənqurma vəbərpa işlərində, eləcə də bölgənin zəngin tarixi-mədəni irsinintəbliğində iştirakını təşviq etmək və Böyük Qayıdış prosesinə töhfəverməkdir.

Proqrama qoşulmaq istəyən, 18-29 yaş arası, əslən Cəbrayılrayonundan olan hər bir gənc təhsil səviyyəsindən asılı olmayaraq“qayidish.konullu.az” saytındaqeydiyyatdan keçə bilər. Qeydiyyat 20 may 2025-ci il tarixinə kimidavam edəcəkdir.

Qeydiyyat bitdikdən sonra müraciəti müsbət dəyərləndirilmişgənclər ardıcıl olaraq müsahibə, baza təlimləndirmə kursu vəimtahan mərhələsindən keçəcəklər. Seçilmiş gənclər müvafiq təlim vəhazırlıq keçdikdən sonra Cəbrayıl rayonu ərazisində müxtəlifkönüllü fəaliyyətləri göstərəcək, o cümlədən tədbirlərin təşkilindəiştirak edəcək, bölgəyə səfər edən yerli və xarici qonaqlarlaişləyəcək, bərpa və yenidənqurma işlərinə dəstək verəcək, qayıdışahazırlıq və məskunlaşmaya könüllü dəstəyinin göstərilməsinə cəlbolunacaqlar.

Könüllülərin hazırlanması üçün baza təlimləri peşəkar təlimçilərtərəfindən “Könüllülük fəaliyyətinin əsasları”, “Könüllü xidmətintəşkili”, “Gənclərin ideoloji hazırlığı”, “Yumşaq bacarıqlar”,“Psixoloji inkişaf”, “Liderlik və natiqlik bacarıqları” və“Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə (PSTM)”mövzularında həyata keçiriləcəkdir. Təlimlərin keçirilməsində əsasməqsəd gənclərin könüllülüyün prinsip və dəyərləri, könüllülükkodeksi, vətəndaşlar və xarici qonaqlarla ünsiyyət qaydaları,tapşırıqların yerinə yetirilməsi və subordinasiya, peşəkarfəaliyyətlərdə emosiyaların idarəolunması, situasiyalardan çıxışyolları, effektiv ünsiyyət, Azərbaycan Gənclər siyasətininprioritetləri, həmçinin təhlükəsizlik qaydaları haqqında bilik vəbacarıqlarının artırılmasıdır.

Qeyd edək ki, hazırda “Qayıdış Könüllüləri” Proqramıçərçivəsində “Şuşa Könüllüləri”, “Ağdam Könüllüləri”, “ZəngilanKönüllüləri”, “Füzuli Könüllüləri” və “Laçın Könüllüləri” qruplarıfəaliyyət göstərir. Könüllülər müvafiq ərazilərdə müxtəlif könüllüfəaliyyətlərinə cəlb olunur və aktiv iştirak edirlər.

Cəbrayıl
Cəbrayıl
Cəbrayıl
Cəbrayıl
Cəbrayıl
Cəbrayıl
Cəbrayıl
Seçilən
0
1
az.trend.az

2Mənbələr