“Ermənistanın sabiq Prezidenti Robert Köçəryan Rusiya casusu statusuna malik şəxsdir”.
Missiya.Az “Hraparak” nəşrinə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.
“Köçəryan Rusiyanın maraqlarını güdən və yalnız bu istiqamətdə xidmət göstərən siyasi fiqurdur”, - deyə siyasətçi vurğulayıb.
Simonyan hətta Köçəryanın bu cür fəaliyyətinə görə həbs olunma ehtimalının olmasını da bildirib.
Daşqın HəsənovMissiya.Az