AZ

Simonyan Rusiyanı Ermənistana qarşı hibrid müharibə aparmaqda ittiham etdi

Ermənistan Milli Şurasının (parlament) sədri Alen Simonyan Ermənistan-Rusiya münasibətləri kontekstində açıqlama verib.

Xezerxeber.az-ın Ermənistan mediasına istinadən xəbərinə görə, mayın 5-də keçirilən brifinq zamanı daxili siyasi vəziyyət və hakim Vətəndaş Sazişi Partiyasının reytinqi barədə danışan Simonyan bildirib ki, "kənardan çoxlu pul xərclənir".

"Şimal qonşumuz tərəfindən. Bəli, Rusiya tərəfindən", - deyə Simonyan qeyd edib.

Onun sözlərinə görə, Ermənistana qarşı hibrid müharibə aparılır və periodik olaraq aktivləşdirilir, erməni soyadına malik bəzi rusiyalı ekspertlər bu işə cəlb olunub ki, onlar "hakimiyyəti dəyişməyə", mitinqlər elan etməyə çalışırlar.

Ümumilikdə Simonyan xalqa güvəndiyini və çevriliş təhlükəsini görmədiyini deyib. Onun sözlərinə görə, 2020-ci ildən oxşar məqsədlər qoyulub və heç bir nəticəsi olmayıb.

Nikol Paşinyanın Rusiya Federasiyası üçün niyə arzuolunmaz olduğu sualına cavabında Simonyan təəccübünü gizlətməyib:

"Niyə arzuolunmazdır? Bizə bunun əksini deyirlər".

Seçilən
0
xezerxeber.az

1Mənbələr