BAKI, 5 may. TELEQRAF
Bu gün Azərbaycanın NATO yanında Nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə NATO-nun İcraçı İdarəetmə üzrə Baş katib köməkçisi cənab Karlo Borqini ilə görüş keçirib.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan səfiri "X"də paylaşım edib.
Görüş zamanı tərəflər arasında məhsuldar fikir mübadiləsi aparılıb. Tərəflər “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində Azərbaycan ilə NATO arasında əməkdaşlıq, eləcə də hazırkı inzibati məsələlər barədə müzakirələr aparıblar.
Qeyd olunub ki, tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi hər iki tərəf üçün əhəmiyyətlidir və gələcək əməkdaşlıq imkanları baxımından önəm daşıyır.