Bakı. Trend:
Səbail rayonu ərazisində naməlum şəxs soyğunçuluq yolu ilə 51yaşlı qadına məxsus içərisində bank kartları və sənəd olanpulqabını talayıb.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumatverilib.
Bildirilib ki, Səbail RPİ 8-ci Polis Bölməsi əməkdaşlarınınkeçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllərməhkum olunmuş 33 yaşlı M.Nəzərov saxlanılıb.
Bundan başqa, Yasamal rayonunda bir nəfərin evindən 2000 manatdəyərində məişət əşyalarını oğurlamış 20 yaşlı D.Rəcəbzadə dəsaxlanılıb.
Araşdırmalar aparılır.