AZ

Rusiya ordusu Ukrayna Aviasiya Sənayesinin təmir müəssisəsinə zərbə endirib

Rusiya hərbçiləri Ukraynanın aviasiya sənayesinin təmiri obyektinə, eləcə də Ukrayna hərbi aerodromunun infrastruktur obyektlərinə zərbələr endirib.

“İki sahil” xəbər verir ki, RT-yə istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bundan əlavə, gün ərzində sursat anbarları və Ukrayna Silahlı Qüvvələrinin şəxsi heyətinin müvəqqəti yerləşdirilmə məntəqələri vurulub.

Ötən gün Rusiya Silahlı Qüvvələri Ukraynanın “Neptun” raket kompleksinin buraxılış meydançasını, habelə hərbi aerodromların infrastruktur obyektlərini, hərbi sənaye kompleksi müəssisələrini, Ukrayna Silahlı Qüvvələrinin pilotsuz təyyarələrinin istehsal sexlərini və anbarlarını məhv edib.

Seçilən
0
ikisahil.az

1Mənbələr