AZ

Bombardir susqundur

Azərbaycan Premyer Liqasında sona 3 tur qalmış bombardir Leandro Andradedir.

Futbolpress.az-ın məlumatına görə, cinah oyunçusu 14 qolla birinci sıradadır. Andrade son oyunlarda isə susqundur. Bombardir sonuncu dəfə aprelin 11-də “Səbail”lə səfər oyununda het-trik edib. O, bundan sonra keçirilən 4 oyunda fərqlənə bilməyib.

Bombardirlər sıralamasında ikinci olan Salifu Suma isə son oyunların fəallarındandır. Qvineyalı vinger Premyer Liqada ardıcıl üç matçdır, fərqlənməyi bacarır. O, bu mövsüm 12 qol vurub və Andradeyə çatmağa yaxındır.

Bombardirlər siyahısında “üçlüy”ü Cesse Sekidika tamamlayır. “Sabah”ın legionerinin aktivində 10 qol var. Sekidika qol baxımından daha axsayır. O, “bayquşlar”la son 8 rəsmi matçda cəmi 1 dəfə fərqlənib.

Seçilən
0
futbolpress.az

1Mənbələr